Cəlilabadda 20 yaşlı qız su quyusuna düşüb

14:20 - 14 Avqust 2024 - HADİSƏ

Cəlilabadda gənc qız su quyusuna düşüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızı ehtiyatsızlıqdan su quyusuna düşüb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hazırda hadisə yerindədir. Onun düşdüyü quyunun 15 metr dərinliyində olması xilasını çətinləşdirir.

Xəbər xətti