Braziliya vətəndaşı Ermənistan gömrükçülərinin tələbi ilə Zvartnots hava limanında ölkəyə gətirdiyi mayeni İrəvanda içərək ölüb.
Ucnoqta.az xəbər evrir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
Bildirilir ki, bir neçə gün əvvəl Zvartnots hava limanında Braziliyadan Ermənistana uçan sərnişinin əlində şüşəni görən gömrükçülər orada nə olduğunu soruşublar. Braziliyalı şərab olduğunu deyib. Gömrükçülər şüşənin içindəkiləri yoxlamaq əvəzinə braziliyalını maye içməyə məcbur ediblər, bundan sonra onun vəziyyəti kəskin pisləşib və o, bir neçə dəqiqədən sonra dünyasını dəyişib.
Nəşrin məlumatına görə, butulkada narkotik maddə olub. Ermənistan Daxili İşlər Nazirliyi qəzetə bildirib ki, avqustun 8-də Zvartnots hava limanının xətti polis şöbəsinə təcili yardım briqadasının hava limanından əcnəbini tibb məntəqəsinə aparması və xəstəxanada dünyasını dəyişdiyi barədə məlumat daxil olub.