Kaliforniya ştatında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Los-Ancelesdən 6,6 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 12,1 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.