Ötən gün səhər saat 12 radələrində Şəkidə baş vermiş ölümlə nəticələnən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, yük maşını ilə toqquşaraq vəfat edən “Opel” markalı minik avtomobilinin sərnişinləri hərbi xidmətdə olan övladlarını görmək üçün yola çıxıblarmış.
Məlumata görə, vəfat edənlərdən biri sürücü, digəri isə əsgərin anasıdır. Onun atası və bacısının müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunur.///baku.ws