Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Ceyhun Məmmədov və Adil Comərd saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onlardan 3 kiloqram marixuana və tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər. Araşdırmalarla A.Comərdin analoji əməlinə görə axtarış olduğu da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.