Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində açıq ərazidə qamışlıq sahə və mazut tullantıları 500 m² sahədə yanıb.
Bu barədə Ucnoqta.az-a FHN-nin mətbuat xidmətindən bildirilib.
Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.