Biləsuvarda azyaşlını döyüb pulunu əlindən alan gənc saxlanıldı

13:49 - 7 Avqust 2024 - HADİSƏ

Biləsuvarda soyğunçuluq hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib.

Biləsuvar rayon sakini olan bir nəfər azyaşlıya zor tətbiq edilməklə 150 manat pulunun ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi 16 yaşlı S.Əmirli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti