Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb

10:16 - 6 Avqust 2024 - HADİSƏ

Göyçayda iki gün əvvəl ağacdan yıxılan kişi ölüb.

"Report" xəbər verir ki, hadisə avqustun 4-də rayonun Bığır kəndində qeydə alınıb.

1951-ci il təvəllüdlü Məmmədov Tahir Abdulla oğlu yaşadığı evin həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti