Olimpiya çempionu bikinili foto paylaşdı

00:45 - 6 Avqust 2024 - MAQAZİN

2018-ci il Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə mükafatçısı Yevgeniya Medvedeva digər rusiyalı fiqurlu konkisürən, dünya çempionu Yelizaveta Tuktamışeva ilə fotolarını paylaşıb.

Ucnoqta.az xəbər verir ki, müvafiq foto Teleqram kanalında yayımlanıb.

"Bir xoşbəxt, azad və unudulmaz gün" - Medvedeva yazıb.

Medvedeva 2018-ci ildə Pxençxanda keçirilən Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısıdır. O, fərdi çempionatda və komanda turnirində ikinci olub. Qadınların tək konkisürmə yarışlarında qalib digər rusiyalı Alina Zagitova olub. O, Medvedevanı bir xal qabaqlayıb. İdmançının Olimpiya medallarından əlavə, Dünya və Avropa çempionatlarından iki qızıl medalı var. O, sonuncu dəfə 2019-cu ilin dekabrında yarışıb.

Xəbər xətti