"Üzünü dartdırıb, kəsdirib, şişirdib..." 

11:39 - 5 Avqust 2024 - MAQAZİN

Müğənni Afət Fərmanqızı həmkarlarından danışıb.

Ucnoqta.az lent.az-a istinadla xəbər verir ki, o, özünü çox gəncləşdirən müğənnilərin bostanına daş atıb.

O deyib: "Gənc sevgilisi olan xanımlar daha çox üz gəncləşdirmə prosedurları etdirirlər. Üzə nə qədər prosedur etdirib gəncləşdirsən də, boğaz, sinə yaşı ələ verir. Ona görə də kənardan çox pis görünür. Bəlkə, gələcəkdə buna da uyğun prosedurlar olacaq. 45 yaşım var, yaşıma uyğun gözəl görünürəm. Üzünü dartdırıb, kəsdirib, şişirdib... hamı bir- birinə oxşayır. Xarici aktrisalar, müğənnilər bunu etmirlər, təbii qocalmaq yolunu seçiblər". 

Xatırladaq ki, müğənninin əri ondan 5 yaş böyükdür.

Xəbər xətti