Üzündə hematoma olan amerikalı aktrisa, prodüser və model Şeron Stoun Avropaya səfəri zamanı açıq-saçıq libasda pozalar verib.
Ucnoqta.az xəbər verir ki, foto onun İnstaqram səhifəsində yer alıb.
66 yaşlı ulduz Türkiyədə bir oteldə liftdən çıxarkən kamera qarşısına keçib. Aktrisa qısaqol açıq köynək və enli ayaqlı yüksək belli şalvardan ibarət gül naxışlı ağ şalvar kostyumu geyinib.
Məşhur sinəsinin bir hissəsini açıq saxlayan dərin dekolteli qara üst paltarı da sınayıb və zinət əşyası olaraq boyunbağı və kulonlu zəncir seçib. Eyni zamanda şəkildə onun sol gözünün ətrafında tünd bənövşəyi ləkə görünür.
"Bu səfər çətin oldu, amma mən daha güclüyəm" deyə qeyd edib.