Özünü təhlükəsizlik kəməri ilə asdı

11:53 - 1 Avqust 2024 - HADİSƏ

Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsi 24B ünvanında baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Elçin Vahid oğlu Paşayev özünü avtomobilin təhlükəsizlik kəməri ilə asıb.

Onun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti