Bakıda dələduzluq edən və avtomobil qaçıran saxlanılıb.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, Suraxanı rayonu ərazisində bir nəfərin üzlüyündə 350 manat pulu olan mobil telefonu dələduzluq yolu ilə alınıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməldə şübhəli bilinən X.Ələkbərov saxlanılıb. Onun Əmircan qəsəbəsi ərazisindən “İsuzu” markalı avtobus qaçırması da müəyyən edilib.
Araşdırma aparılır.