Daşkəsən rayonunun Bayan kəndində "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra idarəetmədən çıxaraq aşıb.
Ucnoqta.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Baş vermiş ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Mikroavtobusun sürücüsü, 1985-ci il təvəllüdlü R.Verdiyev, həmçinin 1998-ci il təvəllüdlü E.Səttarzadə, 1967-ci il təvəllüdlü F.Allahverdiyev, 1993-cü il təvəllüdlü S.Məmmədov, 1989-cu il təvəllüdlü S.Kazımov, 1983-cü il təvəllüldü N.Qurbanov, 1985-ci il təvəllüldü A.Məmmədov, 1974-cü il təvəllüdlü V.Əliyev, 1991-ci il təvəllüdlü E.Vəliyev, 1987-ci il təvvəllüdlü R.Əhmədov, 1980-ci il təvəllüdlü, K.Nipalıyeva, 1970-ci il təvəllüdlü A.Səfərov, 2011-ci il təvəllüdlü X.İsmayılova və 1966-cı il təvəllüdlü T.Pirqurban xəsarət alıblar.
Mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra su kanalına düşüb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər nəqliyyat vasitəsi "Toyota Corolla" markalı avtomobil olub. Avtomobilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.