Cennifer Lopez əkiz övladlarını nümayiş etdirib - FOTO

11:32 - 29 İyul 2024 - MAQAZİN

Amerikalı müğənni və aktrisa Cennifer Lopez 16 yaşlı övladlarını nümayiş etdirib.

Ucnoqta.az xəbər verir ki, sənətçi sosial şəbəkədə oğlu Maksimilian və qızı Emma ilə nadir fotolarını yayımlayıb.

Məşhurun izləyiciləri fotolara xoş sözlər yazıblar: "Nə gözəldirlər", "Onların heyrətamiz anası var", "İdil", "Nə tez böyüdülər", "Vallah, onlar çox böyüdülər" “Onlar atalarına çox bənzəyirlər”.

Lopezin bəstəkar Mark Entonidən iki övladı var. 2011-ci ildə cütlük ayrıldıqlarını elan etdilər, lakin yalnız üç il sonra boşanma prosesi başa çatdı. Müğənni boşanma təşəbbüsü ilə çıxış etdiyini və məhkəməyə müraciət etdiyini gizlətməyib.


Xəbər xətti