Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb. 1989-cu il təvəllüldü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qadın oğlu tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.///apa