İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanıldılar - Foto

09:39 - 25 İyul 2024 - HADİSƏ

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti