Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 müraciət qeydə alınıb.
Ucnoqta.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, müraciətlərdən 27-si kişi, 3-ü qadın ilə bağlı olub:
"Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb".
Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.