Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samur Abşeron kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.