Ağadadaş Ağayevin adam baltalamasının ŞOK TƏFƏRRÜATI

11:23 - 23 İyul 2024 - MAQAZİN

Xalq artisti Ağadadaş Ağayevin adam baltalaması ilə bağlı mətbuatda məlumat yayılıb

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, hadisədən bir gün öncə Xalq artisti qulağından aldığı xəsarətlə bağlı xəstəxanalardan birinə müraciət edib. Müayinə olunan müğənninin qulağına tikiş qoyulub, evinə qayıdıb.

Ağadadaş Ağayev səhərisi, hadisə günü əlində balta ilə xəstəxanaya gəlib. Onu sakitləşdirməyə çalışan mühaifizəçi ilə dalaşıb. Sonra əlindəki baltanı cəld xəstəxana istiqamətə atıb. Balta həyətdə təmizlik işi görən qadının ayağına dəyib.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki,İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

Xəbər xətti