Azərbaycanda klub rəhbəri faciəvi şəkildə öldü

09:31 - 22 İyul 2024 - HADİSƏ

Ağdaş şəhər sakinləri çayda çimərkən boğulub.

APA xəbər verir ki, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəri idi.

34 yaşlı Rəhman Əliyev evliydi, 3 övladı var.

Xəbər xətti