Qara maska ilə kamuflyaj olunaraq mağazanın içərisində olan ödəmə terminalını talayan şəxs saxlanılıb.
Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törədən əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş 1996-cı il təvəllüdlü Turxan Mustafayev saxlanılıb. Onun cinayət əməli ətrafda olan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.