Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bədbəxt hadisə baş verib.
Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.
M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.