Bank kartından oğurluq edən keçmiş məhkum saxlanılıb

10:19 - 16 İyul 2024 - HADİSƏ

İyulun 14-də Sumqayıt şəhər sakininin bank kartlarından ümumilikdə 3340 manat vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Z.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Xəbər xətti