Uruqvay millisinin müdafiəçisi Xose Ximenez Amerika Kubokunun yarımfinal matçından sonra Kolumbiya millisinin azarkeşləri ilə davanın səbəbindən danışıb
Ucnoqta.az xəbər verir ki, bu abrədə El Observador yazıb. Futbolçu müəyyən sektorda olan azarkeşlərin futbolçuların ailələri üçün təhlükə yaratdığını bildirib.
“Bu fəlakətdir, ailələrimiz təhlükə altında idi. Yeni doğulmuş balaca uşaqları olan əzizlərimizi götürmək üçün tribunalara getməli olduq. Bir nəfər də olsun polis yox idi, yarım saatdan sonra getdilər, biz də özümüzünküləri müdafiə etdik” - o deyib.
Hadisə matç bitdikdən dərhal sonra baş verib. Uruqvaylı futbolçulara İngiltərənin “Liverpul” klubunda çıxış edən Darvin Nunes olub.
Onu on nəfər saxlamağa çalışıb.