İndoneziyalı qadın piton tərəfindən öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jakarta Post” məlumat yayıb.
36 yaşlı Srirati iyulun 2-də yoxa çıxıb: o, xəstə uşaq üçün dərman almağa gedib və geri qayıtmayıb. Qohumları qadının axtarışına çıxıb. Sriratinin əri, 30 yaşlı Adyanza onun paltar və ayaqqabılarını evlərindən təxminən 500 metr aralıda Siteba kəndində tapıb. Bundan az sonra adam cığırın yaxınlığında böyük bir piton görüb.
Adianza həmkəndlilərini köməyə çağırıb. Onlar birlikdə pitonun qarnını yarıb içəridə qadını tapdılar. Sürünən, görünür, onun ətrafına sarılıb və sonra onu bütünlüklə udub.