Azərbaycan Ordusunun zabiti həlak olub.
Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edib.
Məlumatda qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!", - məlumatda deyilir.