Bakıda gənc qız binadan yıxılaraq ölüb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda qeydə alınıb.
Rayon sakini, 1995-ci il təvəllüdlü İlhamə Hacıyeva yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisənin intihar yoxsa ehtiyatsızlıqdan baş verməsi araşdırılır.
Faktla bağlı Pirallahı rayon prokurorluğunda iş aparılır.