Azərbaycanda qadın və körpəsi doğuş zamanı öldü

16:05 - 5 İyul 2024 - HADİSƏ

Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb.

Lent.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb.

Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb.

G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb.

Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti