Bakıda qız atasını bıçaqladı

20:53 - 4 İyul 2024 - HADİSƏ

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı qız atasını bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilovun qızı Anastasiya Xəlilova tərəfindən bıçaqlandığı üzə çıxıb.

Anastasiya Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Anastasiya Xəlilovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub.

Xəbər xətti