Sumqayıtda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə iyulun 2-də İnşaatçılar qəsəbəsində qeydə alınıb.
Teymur Hümbətov yaşadığı evin hamam otağındakı borudan boyun nahiyəsini düyünlədiyi ayaqqabı bağı ilə özünü asıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.