Ukraynalı tennisçi Marta Kostyuk “Vogue Ukraine” dəb jurnalı üçün üstü açıq poza verib.
Ucnoqta.az xəbər verir ki, müvafiq foto onun İnstaqram səhifəsində yer alıb.
Yayılan fotoda 21 yaşlı idmançı əlləri çılpaq sinəsinə sıxılmış ağ rəngli ətəkdə kamera qarşısına keçib. Eyni zamanda vizajistlər onun üzünə minimal miqdarda makiyaj tətbiq ediblər və stilistlər də öz növbəsində saçlarını sıx bir at quyruğu halına salıblar.
Parlaq nəşrin çəkilişlərində avarçəkən-kanoeçi Lyudmila Luzan, paralimpiyaçı Anna Qontar, paralimpiyaçı Daniil Çufarov, yüngül atlet Oksana Zubkovskaya və digər ukraynalı idmançıların da iştirak etdiyi məlumdur.