"Xaricdəki tiktokçuları görürəm, nəsə təqdim edirlər: şəkil çəkir, nəsə maraqlı iş görür, sənə nəsə öyrədir. Sən də bunun qarşılığında ona gül və ya şir atırsan. Azərbaycanda isə telefonu açdı, canlıya girdi, başlayır "mənə gül yollayın", bu, dilənçilikdir. Qarşılığı olmadan insanlardan nəsə istəyirsənsə, bunun adı dilənçilikdir. Bu, şərəfli iş deyil. Şərəfsizlik də deyil, amma yaxşı iş deyil".
Ucnoqta.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Qız kimi" yutub layihəsində deyib.
O, sosial şəbəkədə yazılan tənqidlərdən söz açıb:
"Bir çox tanınmış dünyasını dəyişdi. Bir "Allah rəhmət eləsin" yazmırlar. Ölüyə lənət oxumaq nə vaxtdan dəb oldu? Kimə şərəf gətirib? Ölüyə qarşı niyə aqresivik? "Allah rəhmət eləsin" sözünü leksikamızdan çıxarırıq. Üzülürəm bu duruma. Düşmənimiz olmayan hər kəsə "Allah rəhmət eləsin" deyə bilirəm. Baxıram, nələr yazırlar, səbəbini bilmirəm".