"İşbirliyimiz yoxdur, amma görüşəndə "salam" veririk. Rəhmətə gedənimiz olanda gedib başsağlığı veririk. Onlar öz, biz öz işlərimizlə məşğuluq. Çoxları deyir ki, yenidən bir araya gəlib iş görərdiniz. Amma deyə bilmərəm...".
Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Künc-bucaq" yutub layihəsində deyib. O, həmkarı Tahir İmanovla aralarındakı münasibətdən danışıb. O, T.İmanovun "Məhəllə"də əsas Elişlə Roşkadır, o birilər gəldi-gedərdi" sözlərinə heç bir cavab verməyib.
R.İsgəndərov qadın libasında səhnəyə çıxmalarını tənqid edənlərə bunları deyib:
"Əsl sənətkara qiymət verən bilir ki, sənət naminə geyinilir. Coşqunla Rafaeli camaat "Bu şəhərdə"dən tanıyır. Bunun da janrı budur. Burada hər şeyi iki aktyor canlandırır: qocanı, cavanı, qadını. Həm də axı gözəl alınır. Qadın paltarını geyindin, səhnədə oynadın, rolun bitdi və soyunub qoydun kənara. Üzümüzə belə deyirlər ki, lazım deyil, geyinməyin".