Ağstafada toy mərasimində zəhərlənənlər xəstəxanadan evə buraxılıb.
"Report"un məlumatına görə, zəhərlənənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlər tibbi yardımlardan sonra evə buraxılıblar.
Xatırladaq ki, hadisə dünən baş verib. Şadlıq sarayların birində keçirilən toy mərasimində iştirak edənlərdən 43 nəfəri qidadan zəhərlənib.