İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.