Sumqayıtda 28 yaşlı qadın binanın 3-cü mərtəbəsindən yıxıldı

08:02 - 21 İyun 2024 - HADİSƏ

Sumqayıtda qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində baş verib.

Şəhər sakini, 1996-cı il təvəllüdlü Quliyeva Nigar İsa qızı kirayə yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Xəbər xətti