Kolumbiyada 2,3 ton kokain ələ keçirildi

12:59 - 20 İyun 2024 - DÜNYA

Cənubi Amerika respublikasının ABŞ və Panama ilə birgə həyata keçirdiyi dəniz əməliyyatı nəticəsində 2,3 tondan çox kokain ələ keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, təqib əməliyyatı Mərkəzi Amerika sahillərinə doğru“sürətlə və şübhəli şəkildə üzən iki motorlu qayığın aşkarlanmasından sonra başlayıb.

Rəsmi məlumatlara görə, 2024-cü ilin yanvar-mart aylarında Kolumbiya Müdafiə Nazirliyi 224,7 ton kokain müsadirə edib ki, bu da son 10 ilin ən yüksək həddi olub.

Xəbər xətti