Faiq Ağayev efirdə müğənni Əli Mirəliyevin ünvanına sərt ittihamlar səsləndirib.
Ucnoqta.az xəbər verir ki, Xalq artisti çıxışı zamanı Ə.Mirəliyevin efirə kimisə söymək üçün çağırıldığını bildirib:
“1815-ci ildə bir mahnı oxuyub, yaşlı insandır, ondan sonra bir dənə də olsun, mahnı oxumayıb. Efirlərə isə kimisə söyməyə çağırırlar. Filankəsi, bəhmənkəsi söy. Ay qardaş, mahnı oxu da, sənin belə şöhrətli sənət yolun da olmayıb ki, biz baqajına görə sənə hörmət edək. Orda cəmi bir mahnı var və o da ki, böyük bir sənətkarın qanadının altında gizlənmişdi”. SEO Xidməti
Ünvanına səslənən ittihamlarla bağlı bakuposta-a açıqlama verən müğənni Əli Mirəliyevlə F.Ağayevə qardaşına görə hörmət etdiyini bildirib.
O qeyd edib ki, Faiq Ağayevi onu yada salan olmadığı üçün bu cür fikirlər səsləndirib:
"Faiq Ağayevi yada salan yoxdur axı... Ona görə başlayıb mənim əleyhimə danışmağa. Faiqdir də, xəstə adamdır. Heyf onun qardaşı İlhamdan, onların Lənkəranda böyük, hörmətli ailəsi var. İlham mənim dostum olub və ansamblımda skripka çalıb. Faiq qurban olsun İlhama. İlham da mənə deyib ki, ay Əli, o xəstədir, onu yola ver. Faiqlə mənim münasibətim necə yaxşı ola bilər ki, mən kişiyəm, o isə xəstədir”.///yenisabah