İrəvanda atışma zamanı kriminal avtoritet öldürülüb
Ucnoqta.az xəbər verir ki, Shamshyan.com kriminal xronika saytının məlumatına görə, iyunun 11-də saat 23:05 radələrində İrəvan polis idarəsinə paytaxtın Ajapnyak rayonunun Şinararneri küçəsində atəş açıldığı və ölənlərin olduğu barədə məlumat daxil olub.
İki nəfər Ermənistan Respublika Tibb Mərkəzinə aparılıb.
Hadisə yerindən “Toyota Land Cruiser” markalı avtomobil aşkar edilib. Hadisə nəticəsində 4 avtomobil toqquşub.
Xəstəxanadan məlumat daxil olub ki, yaralılardan biri özünə gəlmədən dünyasını dəyişib.
Bildirilir ki, ölən şəxs 44 yaşlı İrəvan sakini, “Faz” ləqəbli tanınmış kriminal avtoritet Sergey Qriqoryan, yaralanan isə 36 yaşlı İrəvan sakini Boris Simonyandır.