Ufada tikilməkdə olan obyektdə fasad liftinin beşinci mərtəbənin hündürlüyündən yıxılması nəticəsində 2 nəfər ölüb, daha iki nəfər ağır yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Zərərçəkənlər təcili tibbi yardım maşınına təxliyə olunaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.