Qonaq getdiyi evdən oğurluq etdi

17:36 - 11 İyun 2024 - HADİSƏ

Lənkəran şəhəri ərazisindəki evlərdən birindən 3195 manat pulun naməlum şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

Ucnoqta.az xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Ramin Kazımov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs qonaq gəldiyi evin sahibinin diqqətinin yayınmasından istifadə edərək oradan oğurluq edib.

Araşdırma aparılır. 

Xəbər xətti