"Xəstəxanada uşaqla yatmışam, mənə baxıb təəccüblənirdilər. Elə bilirlər səhnəyə çıxırıqsa, başqa yerdə olmamalıyıq. Deyirlər, Mehribanın qulluqçuları hardadır?"
Ucnoqta.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Elgizlə izlə" verilişində deyib.
Aktrisa valideynlərinin lal olmasından danışıb:
"Kiminsə övladı lal-kardır, gizlədir. Niyə utanmalıyıq? Bütün Azərbaycan bilir ki, atam da, anam da lal-kar olub. Bütün kartları açmışam, danışmışam ki, məndən əl çəkin. Atamla anamın bu halıyla fəxr etmişəm. Atam dünyasını dəyişib. Miningit və 7 yaşından lal-kar olub. Anamda isə anadangəlmədir.
6 övlad olduq, heç birimizə keçmədi. O cür övladdan utananlar maddi imkanı böyük olanlardır".