Naməlum şəxs ABŞ-ın Sidneydəki Baş Konsulluğunun pəncərələrini sındıraraq, qapılarına qırmızı boya vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels əyalət polisinə məlumat verilib. İdarənin məlumatına görə, hadisə bazar ertəsi gecə baş verib.
Səfirliyin şüşə giriş qapılarına tərs qırmızı üçbucaqlar çəkilib ki, bu simvol polisin dediyinə görə bəzi Fələstin tərəfdarı təşkilatlar tərəfindən istifadə olunur. Polis həmçinin bildirib ki, səhər saatlarında hadisə yerinə gələn ekspertlər şüşədən barmaq izlərini götürüblər və bu izlər naməlum şəxs barəsində açılan istintaq materiallarına əlavə olunacaq.
Baş Konsulluğun nümayəndəsi bildirib ki, insident nəticəsində xəsarət alan olmayıb və diplomatik nümayəndəlik normal rejimdə fəaliyyətini davam etdirəcək.