"Üzlərini elə şişirdirlər ki, ..."

17:57 - 7 İyun 2024 - MAQAZİN

"Sanballı, oturub-duruşunu bilən qadın xanım-xatundur. Gedirlər ağızlarını bir yana, üzlərini bir yana düzəldirlər. O qədər şişirdirlər ki, yamanmış təkər kimi görünürlər".

Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Elgizlə izlə" verilişində deyib. Qarmon ifaçısı plastik əməliyyat etdirən qadınları tənqid edib:

"Təkərə hava vuruluan kimi sifətlərini doldururlar. Qadının özünün üz nuru, gözəlliyi olmalıdır. Yaşlanmağın da gözəlliyi olmalıdır. Əvvəlki nənələrə baxırdın deyirdin, necə üzündə nur var. İndi hamısı bir-birinə oxşayır. Elə bil "inkubator"dur. İnsanın gərək ürəyi paxıl olmasın".

Xəbər xətti