Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şabran şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil 2008-ci il təvəllüdlü Osmanova Leyla Fariz qızını vurub.
Piyada Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır./report