Göyçay şəhərində ümumi sahəsi 290 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları yanıb.
FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, yanğın zamanı yüksək temperaturdan bitişik ümumi sahəsi 1291 m² olan üçmərtəbəli otel binasının xarici divarına quraşdırılan 4 ədəd kondisionerin mühərriki və 1 ədəd plastik pəncərə çərçivəsi əriyib. Otel binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.