Meksikada quş qripinə yoluxmuş bir şəxs ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb. Məlumata grə, dünyada ilk dəfə insanda quş qripinin yeni növünə yoluxma halı qeydə alınıb. Həmin şəxs ölüb.
Meksikada ev quşlarında A(H5N2) viruslarının aşkarlandığı məlumdur. ÜST qeyd edir ki, 59 yaşında olan xəstənin ev quşları və digər heyvanlarla təması olmayıb. Təşkilatın məlumatına görə, xəstədə yüksək hərarət, nəfəs almaqda çətinlik, ishal, ürəkbulanma və ümumi halsızlıq yaranıb. Ölkənin səhiyyə orqanları ehtimal olunan infeksiya mənbəyini müəyyən etmək və bu qripin yayılma risklərini qiymətləndirmək üçün araşdırma aparır.