Cənubi Afrikanın cənub-şərqində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 22 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində hər biri 11 nəfər ölüb. 50-dən çox insan yaralanıb.
Bundan əvvəl 18 nəfərin öldüyü bildirilirdi.