Ucnoqta.az
www.ucnoqta.az

Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

20:23 - 4 İyun 2024 tarixində dərc olunub.

Cənubi Afrikanın cənub-şərqində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 22 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, KvaZulu-Natal və Şərqi Keyp əyalətlərində hər biri 11 nəfər ölüb. 50-dən çox insan yaralanıb.

Bundan əvvəl 18 nəfərin öldüyü bildirilirdi.

Müəllif: Ucnoqta.az redaksiyası